https://www.innews.media/uploads/news/2026-05/_innews_53c749625f90a2c9620158e0b_o.jpg
Bakı–Tbilisi reysi ilə Gürcüstana səfər edən sərnişinlərin nəzərinə!
Gürcüstana giriş üçün tələb olunan səyahət sığortasını seçdiyiniz sığorta şirkətindən birbaşa və ya onlayn şəkildə əldə edə bilərsiniz. Həmçinin sənədi Bakı və Gəncə dəmiryol vağzallarında fəaliyyət göstərən müvafiq sığorta şirkətlərinin agentlərindən də almaq mümkündür.
Xatırladaq ki, Gürcüstan qanunvericiliyinə əsasən, 1 yanvar 2026-cı il tarixindən etibarən ölkəyə istənilən nəqliyyat vasitəsi ilə daxil olan xarici vətəndaşlar üçün icbari səyahət sığortası tətbiq edilir.
Qeyd olunan sığorta sənədi ADY əməkdaşları tərəfindən deyil, Gürcüstan sərhədində bu ölkənin dəmiryol əməkdaşları tərəfindən yoxlanılacaq.
Səyahət zamanı sığorta sənədinizi özünüzlə götürməyi unutmayın.
Ən son xəbərləri səhifəmizdən də izləyin