logo
Aqrar sahədə həyata keçirilən dövlət proqramları uğurlu nəticələr verir

Aqrar sahədə həyata keçirilən dövlət proqramları uğurlu nəticələr verir

Aqrar sahədə həyata keçirilən dövlət proqramları uğurlu nəticələr verir Aqrar sahədə həyata keçirilən dövlət proqramları uğurlu nəticələr verir

Ölkə Başçısı cənab İlham Əliyev 2026-cı il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə geniş çıxış edərək aqrar sektorun hazırkı vəziyyəti, əldə olunan nəticələr və qarşıdakı strateji hədəflərlə bağlı mühüm mesajlar vermişdir. Dövlət başçısı bildirib ki, kənd təsərrüfatının inkişafı Azərbaycanda regional inkişaf siyasətinin əsas istiqamətlərindən biridir və bu sahəyə göstərilən diqqət 2004-cü ildən etibarən sistemli şəkildə davam etdirilir.

Son illərdə regionlarda həyata keçirilən infrastruktur layihələri aqrar sektorun inkişafında həlledici rol oynayıb. Xüsusilə qazlaşdırma, elektrik enerjisi təminatı, magistral və kənd yollarının tikintisi, iri su anbarlarının yaradılması kənd təsərrüfatının genişlənməsinə imkan verib. Bundan başqa, Taxtakörpü, Şəmkirçay və Göytəpə kimi strateji su anbarları suvarma sisteminin gücləndirilməsində mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev kənd təsərrüfatı məhsullarının istehsalının artırılması istiqamətində dövlət proqramlarının əhəmiyyətinə toxunaraq bildirib ki, üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq və digər sahələr üzrə qəbul olunan proqramlar kənd təsərrüfatına ciddi təkan verib. Dövlət subsidiyalarının bu inkişafda əsas rol oynadığını qeyd edən Prezident bildirib ki, Azərbaycan genişmiqyaslı subsidiya mexanizmləri tətbiq edən nadir ölkələrdən biridir.

Su ehtiyatlarının idarə olunması müşavirənin əsas mövzularından biri olub. Su təminatı olmadan kənd təsərrüfatının dayanıqlı inkişafı mümkün deyil. Bu məqsədlə yeni su anbarlarının tikintisi, kanalların yenidən qurulması və suvarma sistemlərinin modernləşdirilməsi davam etdirilir. Hazırda 10 su anbarının yenidən qurulması layihəsi icra olunur.

Su ehtiyatları hər bir ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Azərbaycan da su ehtiyatları məhdud olan ölkələr sırasına daxildir. Buna görə də su ehtiyatlarının düzgün idarə olunması, qorunması və səmərəli istifadəsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmizin əsas su mənbələri çaylar, göllər, yeraltı sular və su anbarlarıdır. Ölkənin su ehtiyatlarının böyük hissəsi qonşu dövlətlərin ərazilərində formalaşır. Kür və Araz çayları Azərbaycanın ən böyük su mənbələri hesab olunur. İqlim dəyişiklikləri, əhalinin artması və kənd təsərrüfatında suya olan tələbatın yüksəlməsi su ehtiyatlarının idarə olunmasını daha da vacib edir.

Son illərdə ölkədə su təchizatının yaxşılaşdırılması məqsədilə bir sıra dövlət proqramları həyata keçirilmişdir. Xüsusilə Bakı və regionlarda yeni su anbarları, təmizləyici qurğular və magistral su xətləri tikilmişdir. Bundan əlavə, ağıllı su idarəetmə sistemlərinin tətbiqi və rəqəmsal monitorinq texnologiyalarından istifadə genişləndirilir.

2025-ci ildə Azərbaycanda 11,5 milyard kubmetr su istifadə olunub və 1 milyon 485 min hektar əkin sahəsi suvarma suyu ilə təmin edilib. Eyni zamanda minlərlə nasos stansiyası, subartezian quyusu və hidrotexniki qurğu təmir olunub. Müasir suvarma texnologiyalarının tətbiq sahəsinin 130 min hektardan 300 min hektara çatdırılması planlaşdırılır.

Bu gün ölkəmizin beynəlxalq əlaqələri çox genişdir. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır. Dövlətimizin dünya miqyasında çox yüksək reputasiyası və çox müsbət imici var. Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır və bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər.

Beləliklə, kənd təsərrüfatının inkişafı həm regionlarda məşğulluğun artırılması, həm də ölkənin iqtisadi təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Bu səbəbdən də Ölkə Başçısı  dövlət qurumlarına aqrar sahədə islahatların daha sürətli və koordinasiyalı şəkildə davam etdirilməsi ilə bağlı tapşırıqlar vermişdir.

Milli Məclisin deputatı

Pərvanə Vəliyeva

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media