https://www.innews.media/uploads/news/2022-12/_innews_4932d892ad6ea5b07458927c8_o.jpg
Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 246 manat götürüləcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb.
Növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq.
Qanun layihələri səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin