https://www.innews.media/uploads/news/2024-02/_innews_823df56c0bb5abb261a5aa7b0_o.jpg
Türkiyə 1-ci Liqasında 21-ci turun oyunları keçirilir.
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" "Adanaspor"u qəbul edib.
Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Şeydayev də bu görüşdə iştirak edib. O, start heyətdə meydana daxil olub və 73-cü dəqiqədə əvəzlənib.
"Kocaelispor" 42 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin