https://www.innews.media/uploads/news/2024-02/_innews_3144764fb1b8c24ddbd0b6dfb_o.jpg
“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə ikinci oyununu keçirib.
Minskdə təşkil olunan “Bizim gələcəyimiz” adlı turnirin B qrupunda mübarizə aparan Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 Rusiya “Olimpik”ı ilə qarşılaşıb.
İlk turda “Zvezda”ya 2:0 hesabı ilə qalib gələn komanda ardıcıl ikinci qələbəsini qazanıb.
“Qarabağ” bu dəfə də rəqibinin qapısından iki cavabsız qol keçirib. Onur Əliyev 21-ci dəqiqədə hesabı açıb, 10 dəqiqə sonra Kəmaləddin Cəfərli fərqlənib.
Komanda qrupdakı son matçında Belarus təmsilçisi BATE ilə qarşılaşacaq.
Ən son xəbərləri səhifəmizdən də izləyin