logo
Dortmundda məşqçi dəyişikliyi ola bilər

Dortmundda məşqçi dəyişikliyi ola bilər

Dortmundda məşqçi dəyişikliyi ola bilər Dortmundda məşqçi dəyişikliyi ola bilər

Dortmund “Borussiya”sının baş məşqçisi Edin Terziç tezliklə istefaya göndərilə bilər.

Dortmund klubunun rəhbərliyi 41 yaşlı mütəxəssisin işini diqqətlə izləyir.

“Borussiya” rəhbərliyi klubun son oyunlardakı zəif nəticələrindən narahatdırlar. Komanda bütün yarışlar çərçivəsində son 14 oyunda cəmi 4 qələbə qazanıb.

Vurğulanır ki, komandanın əsas məqsədi növbəti mövsümdə Çempionlar Liqasına vəsiqə qazanmaqdır. Qarşıdakı bir neçə oyunda vəziyyət dəyişməsə və komanda müntəzəm qələbə qazanmağa başlamasa, o zaman “Borussiya” Terziçlə yollarını ayıracaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media