https://www.innews.media/uploads/news/2024-03/_innews_59c17932e611f0d70e0935ee0_o.jpg
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda işıqlandırma sistemi ilə bağlı bütün prosedurlar yekunlaşdığına görə Misli Premyer Liqasında 25-ci turun “Sumqayıt” – “Kəpəz” matçının başlama saatı dəyişdirilib.
Bu barədə PFL rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu oyun əvvəlcədən nəzərdə tutulduğu kimi 16:00-da yox, 19:00-da başlayacaq.
Ən son xəbərləri səhifəmizdən də izləyin