https://www.innews.media/uploads/news/2024-03/_innews_4b4e34bf73cb1127f62ff01cb_o.jpg
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kristiano Ronaldo tarixə düşüb.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytının məlumatına görə, 39 yaşlı hücumçu buna Asiya Çempionlar Liqasının Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" komandasına 4:3 hesabı ilə qalib gəldikləri oyunda nail olub.
O, futbol tarixində komandaları ilə 800 yüksək səviyyəli qarşılaşmada qalib gələn ilk oyunçudur. Bunlardan 675-i klubda, 125-i yığmada gerçəkləşib.
Ən son xəbərləri səhifəmizdən də izləyin