https://www.innews.media/uploads/news/2024-04/_innews_4a82bb79b3651e32e644e4424_o.jpg
Ankara şəhərində Türkiyənin Kosmik Agentliyinin təşkil etdiyi Kosmik Texnologiyalar Konfransı növbəti il Bakının ev sahibliyi etməsi üçün Azərbaycana təhvil verilib.
Beynəlxalq Astronavtika Konqresindən sonra ölkəmizin əldə etdiyi təcrübə növbəti regional və qlobal kosmik tədbirlərin ev sahibi kimi çıxış etməyə imkan verir.
Qeyd edək ki, ikigünlük proqramı əhatə edən Kosmik Texnologiyalar Konfransı əsasən Mərkəzi Asiya regionunun kosmik agentlikləri, bu sahədə kommersiya fəaliyyəti göstərən şirkətlər, bir sözlə inkişaf etməkdə olan regional kosmik ölkələr üçün əməkdaşlıq platformasıdır.
Məlumat üçün bildirək ki, konfrans çərçivəsində Türk Dövlətləri Təşkilatının növbəti görüşü gələn il Bakıda keçiriləcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin