logo
“Citynet” “GameSummit” festivalının əsas tərəfdaşı olub

“Citynet” “GameSummit” festivalının əsas tərəfdaşı olub

“Citynet” “GameSummit” festivalının əsas tərəfdaşı olub “Citynet” “GameSummit” festivalının əsas tərəfdaşı olub

Ölkənin qabaqcıl internet provayderi “CityNet” Azərbaycanda keçirilən böyük oyun festivalı olan “GameSummit”in əsas tərəfdaşı olub.

1-2 iyun tarixlərində “Baku Crystal Hall”da keçirilmiş “GameSummit Summer 20242 festivalında hər yaş qrupundan olan qonaqların VR və interaktiv zonalarda əylənmək, eyni zamanda qabaqcıl süni intellektə malik əsl robotla söhbət etmək imkanı və müxtəlif hədiyyələr qazanmaq şansı olub. Artıq 3-cü dəfədir ölkəmizdə təşkil olunan bu festivalın əsas tərəfdaşı “CityNet” iştirakçıları “Gələcəyin şəhəri” mövzulu xüsusi stenddə qarşılayıb. “CityNet City”də qonaqları beynəlxalq virtual yarışlar, dəyərli hədiyyələr və əyləncə dolu eksklüziv oyun arenası qarşılayıb.

Bundan başqa, “CityNet” şəhərciyində ilk dəfə olaraq həmyerlilərimizin hazırladığı Azərbaycanın birinci kiberidman oyunu təqdim olunub. “CityNet” iştirakçılara bu oyunu hamıdan əvvəl test etmək imkanı yaradıb.

Qeyd edək ki, “CityNet” ölkəmizdə rəqəmsal inkişafı və innovasiyaları təşviq edən layihə və təşəbbüsləri daima dəstəkləyir. “CityNet” bundan öncə keçirilən “GameSummit” festivallarında da əsas tərəfdaş kimi çıxış edib.

“CityNet” yüksək sürətli sabit internet, ev telefonu xətti və rəqəmsal TV (120 HD kanal olmaqla, 240-dan çox TV kanal) xidmətləri təqdim edən və daim inkişaf edən internet provayderidir. Qoşulma və ya ətraflı məlumat üçün “www.citynet.az” saytına keçid edə və ya *1177 ilə əlaqə saxlaya bilərsiniz.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media