https://www.innews.media/uploads/news/2024-06/_innews_8f1f26da56004bdafc3794ba5_o.jpg
Bosniya və Hersoqovinada keçirilən minifutbol üzrə Avropa çempionatı davam edir.
Yarışda mübarizə aparan Azərbaycan növbəti oyununu keçirib. İtaliya millisi ilə üz-üzə gələn yığmamız 2:1 hesabı ilə qələbə qazanıb. Millimizin heyətində 19-cu dəqiqədə Rəvan Kərimov, 45-ci dəqiqədə isə Mirmehdi Rzayev fərqlənib. İtaliyanın yeganə qoluna isə 18-ci dəqiqədə Vasçelo imza atıb.
Qeyd edək ki, Azərbaycan millisi dünən ilk matçında Belçikaya (3:0) qalib gəlib. İtaliya isə Fransaya uduzub – 1:3. Elşad Quliyevin yetirmələri iyunun 4-də Fransa ilə qarşılaşacaq.
Ən son xəbərləri səhifəmizdən də izləyin