https://www.innews.media/uploads/news/2024-06/_innews_794f51feaf5db6d5c43f49ffe_o.jpg
Bosniya və Herseqovinada keçirilən minifutbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinə start verilib.
innews.media xəbər verir ki, Azərbaycan millisinin pley-off mərhələsindəki rəqibi Bolqarıstan yığması olub.
Oyuna yaxşı başlayan komandamız erkən qol vurub. Ramiz Çovdarov cərimə zərbəsindən fərqlənib. Ancaq birinci hissədə rəqib hesabı bərabərləşdirməyi bacarıb - 1:1. İkinci hissə isə millimizin üstünlüyü şəraitində keçib. Əvvəlcə Təmkin Xəlilzadə, daha sonra isə Rəvan Kərimovun qolları ilə yığmamız 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi 1/4 finalda Qazaxıstan seçməsi ilə qarşılaşacaq.
Ən son xəbərləri səhifəmizdən də izləyin