logo
Azərbaycan millisi Türkiyə yığmasına qalib gəlib

Azərbaycan millisi Türkiyə yığmasına qalib gəlib

Azərbaycan millisi Türkiyə yığmasına qalib gəlib Azərbaycan millisi Türkiyə yığmasına qalib gəlib

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

innews.media məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma B Liqasının I qrupunda Türkiyə kollektivini qəbul edib.

Qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 89-cu dəqiqədə Nigar Mirzəliyeva rəqib qapısından keçirib.

Azərbaycan millisi bu qələbə sayəsində qrupda xallarının sayını 4-ə yüksəldib.

Qeyd edək ki, komandamız mayın 31-də "ay-ulduzlar"a 0:1 hesabı ilə məğlub olmuşdu.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media