logo
Azərbaycanın amputant millisi bu gün sonuncu oyununu keçirəcək

Azərbaycanın amputant millisi bu gün sonuncu oyununu keçirəcək

Azərbaycanın amputant millisi bu gün sonuncu oyununu keçirəcək Azərbaycanın amputant millisi bu gün sonuncu oyununu keçirəcək

Bu gün Azərbaycanın futbol üzrə amputant millisi Fransanın Evian şəhərində təşkil olunan Avropa çempionatında sonuncu oyununa çıxacaq.

Yığma 9-cu yer uğrunda qarşılaşmada Niderland kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da star götürəcək.

Qeyd edək ki, qrup mərhələsində İrlandiya (0:1) və Türkiyəyə (1:12) uduzan milli İsraillə heç-heçə edib - 1:1. Komandamız ilk qələbəsini 9-16-cı yerlər uğrunda qarşılaşmada Yunanıstan millisi üzərində qazanıb - 2:1. Yığma 9-12-ci yerlər uğrunda matçda Şotlandiyanı eyni hesabla üstələyib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media