logo
"Günay Bank" yenidən "Günay Sığorta"nın səhmdarı olub

"Günay Bank" yenidən "Günay Sığorta"nın səhmdarı olub

"Günay Bank" yenidən "Günay Sığorta"nın səhmdarı olub "Günay Bank" yenidən "Günay Sığorta"nın səhmdarı olub

"Günay Bank" ASC "Günay Sığorta" ASC-nin səhmlərinin 8,42%-ni əldə edib.

Məlumata görə, sığorta şirkətinin nizamnamə kapitalının 1,3 milyon manat və yaxud 15,85% artırılaraq 8,2 milyon manatdan 9,5 milyon manata çatdırılmasından sonra olub.

Əvəzində "Günay Sığorta"nın səhmlərinin 67,55%-nə nəzarət edən Yeganə Şirinovanın payı 58,31%-ə düşüb, Mahmud Məmmədovun payı isə 32,45%-dən 33,27%-ə çatıb.

Onlar həm də "Günay Bank"ın müvafiq olaraq 41,15%-lik və 58,22%-lik səhmdarlarıdır. Bankın səhmlərinin qalan 0,63%-i isə İran əsilli Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.

Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media