logo
Milliyə yeni məşqçi təyin olundu

Milliyə yeni məşqçi təyin olundu

Milliyə yeni məşqçi təyin olundu Milliyə yeni məşqçi təyin olundu

Rəşad Eyyubov futbol üzrə Azərbaycan milli komandasının məşqçisi təyin olunub.

AFFA-dan innews.media verilən məlumata görə, o, Fernandu Santuşun rəhbərlik etdiyi məşqçilər korpusunda çalışacaq. Onunla müqavilə 2028-ci ilə kimi nəzərdə tutulub.

Qeyd edək ki, Rəşad Eyyubov futbolçu karyerası ərzində “Simurq”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”, “Neftçi”, “Sabah” və “Zirə” klublarının formasını geyinib. O, 2015-2019-cu illərdə millinin heyətində 7 oyun keçirib. 32 yaşlı mütəxəssis “Sabah” klubunun U-19, əvəzedici və əsas komandasında məşqçi kimi fəaliyyət göstərib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media