logo
Millimiz Qazaxıstan yığmasına qalib gəldi

Millimiz Qazaxıstan yığmasına qalib gəldi

Millimiz Qazaxıstan yığmasına qalib gəldi Millimiz Qazaxıstan yığmasına qalib gəldi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda bu gün üçüncü oyununu keçirib.

U-17 B qrupundakı son görüşündə Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 57-ci dəqiqədə Əhməd Vəliyev və 66-cı dəqiqədə İmran Süleymanzadə vurub.

Millimiz turnir çərçivəsində keçirdiyi ilk iki matçında Rusiyaya (0:3) məğlub olub, İrana (1:0) qalib gəlib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media