logo
“TuranBank”da yeni təyinat olub

“TuranBank”da yeni təyinat olub

“TuranBank”da yeni təyinat olub “TuranBank”da yeni təyinat olub

“TuranBank” ASC-də İnformasiya Texnologiyaları departamentinə yeni direktor təyin edilib.

Məlumata görə, Babazadə Ziya Bəhruz oğlu “TuranBank”ın İnformasiya Texnologiyaları departamentinə direktor təyin edilib.

O, 2023-cü ilin noyabrından bu təyinata qədər “TuranBank”da İnformasiya Texnologiyaları departamentinin direktor müavini olub, sistem və şəbəkə idarəetməsi şöbəsinin müdiri, ümumi texniki dəstək şöbəsinin müdiri, ümumi texniki təminat şöbəsinin baş mütəxəssisi kimi vəzifələrdə çalışıb.

Babazadə Ziya Azərbaycan Memarlıq və İnşaat Universitetində 2010-2014-cü illərdə bakalavr təhsili alıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media