logo
III Dövlət Qurumu Minifutbol Turnirində həyəcanlı yarımfinal oyunları keçirildi

III Dövlət Qurumu Minifutbol Turnirində həyəcanlı yarımfinal oyunları keçirildi

III Dövlət Qurumu Minifutbol Turnirində həyəcanlı yarımfinal oyunları keçirildi III Dövlət Qurumu Minifutbol Turnirində həyəcanlı yarımfinal oyunları keçirildi

Mayın 3-də Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turnirinin yarımfinal oyunları keçirilib.

Yarımfinalın ilk qarşılaşmasında Daxili İşlər Nazirliyi ilə Ədliyyə Nazirliyi üz-üzə gəlib. Görüş Ədliyyə Nazirliyinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Digər yarımfinal oyununda isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üzərində 3:2 hesablı qələbə qazanıb.

Turnirə mayın 6-da Bakı Tennis Akademiyasında yekun vurulacaq. Üçüncü yer uğrunda qarşılaşmada Daxili İşlər Nazirliyi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üz-üzə gələcək. Finalda isə Ədliyyə Nazirliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qarşılaşacaqlar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media