https://www.innews.media/uploads/news/2025-05/_innews_c5fa8757d69db20061673128b_o.jpg
Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev və deputat Vüqar Rəhimzadə mayın 8-də Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərinə səfər edəcəklər.
Deputatlarımız səfər çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcəklər.
Səfər mayın 10-da başa çatacaq.
Ən son xəbərləri səhifəmizdən də izləyin