https://www.innews.media/uploads/news/2025-06/_innews_7ad3c0de3d788f74fe5c75aa2_o.jpg
Visa, rəqəmsal ödəmələrdə dünya lideri, Azərbaycanın maliyyə texnologiyaları sahəsində başlıca tədbiri olan FINTEX SAMMİT-in ardıcıl altıncı ildir ki, tərəfdaşı kimi çıxış edir. Builki toplantıda şirkətin məruzəçiləri Visa-nın 2030-cu ilədək strategiyasını təqdim etdilər, Visa Qlobal Məhsul Təqdimatı 2025 tədbirinin təfərrüatları ilə bölüşdülər və ölkənin rəqəmsal bank ekosisteminin inkişafını müzakirə etdilər.
FINTEX Sammit 2025 Bakıda 24-25 iyun tarixlərində keçirilir. Tədbir bank sektoru, hökumət, texnologiya şirkətləri və biznes nümayəndələri arasında dialoq üçün aparıcı regional platformalardan biridir. Forum Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə təşkil olunub.
Ödəmələrin gələcəyinə baxış
Kristina Doroş, Visa-nın baş vitse-prezidenti və Ukrayna, Gürcüstan, MDB və Cənub-Şərqi Avropa ölkələri üzrə regional meneceri şirkətin 2030-cu ilədək strateji prioritetlərini açıqladı. Öz çıxışında o, ödəmələrin inkişafına təsir edən aparıcı qlobal tendensiyalardan danışdı: rəqəmsal ticarətin inkişafı, alternativ ödəmə üsullarının yayılması, ənənəvi B2C modelinin xaricində əməliyyatların artımı və ödəniş təhlükəsizliyi həllərinin təkamülü. Bundan əlavə, qeyd olundu ki, bütöv maliyyə sənayesi yeni texnologiyaların və infrastruktur həllərinin – süni intellekt və bulud xidmətlərindən tutmuş blokçeyn və API interfeyslərədək böyüməsindən təsirlənir .
"Bu gün Visa 200 ölkə və ərazidə 4.5 milyard hesabı, 150 milyon ticarət nöqtəsini və 14 000-dən çox maliyyə müəssisəsini birləşdirir. Tərəfdaşlarımıza və müştərilərimizə bu dinamik maliyyə ekosistemində böyüməyə kömək etdikcə, biz növbəti beş il ərzində innovativ ödəmə həllərinin inkişafını, eləcə də dələduzluqla mübarizədən tutmuş analitika və konsaltinqə qədər əlavə dəyərli xidmətlərimizin genişləndirilməsini diqqət mərkəzində saxlayacayıq,” – deyərək Kristina Doroş qeyd etdi.
Yeni nəsil texnologiyaları və ticarətin gələcyi
Nurlan Hacıyev, Visa-nın baş direktoru və Azərbaycan üzrə ölkə meneceri cari ilin aprelində Visa Qlobal Məhsul Təqdimatı 2025 tədbirində elan edilmiş əsas məhsul yeniklərindən bəhs etdi.
- Onların arasında dələduzluğu azaltmağa və ekosistemdə avtorizasiya səviyyəsini yüksəltməyə kömək edən rəqəmsal eyniləşdirmə sahəsində innovasiyalar önəmli yer alır.
- Ötən il təqdim edilmiş yeni nəsil Flex Credential kartı debit, kredit, BNPL (“indi al, sonra ödə) kimi müxtəlif ödəmə üsulları arasında rahat keçidi təmin edir. Visa bu kartın istifadəsini daha da şaxələndirmək üçün onun kredit xətləri, investisiya hesabları, bonuslar, kommersiya kartları və digər seçimlərə çıxışını genişləndirməyə planlaşdırır.
- Yeniliklərin üçüncü istiqaməti olaraq, dünya boyu istehlakçılar, satıcılar və tərəfdaşlar üçün ödənişlər etmək və onları qəbul etmək üçün yeni imkanlar təqdim edirik:
- Visa Pay – Visa şəbəkəsinə qoşulmuş rəqəmsal pulqablarının şirkətin kartlarını fiziki ticarət nöqtələrində və ya onlayn qaydada qəbul edən yerli və beynəlxalq satıcılar ilə uzlaşdırılmasını təmin edən yeni xidmətdir.
- Visa Accept – mikro sahibkarlar üçün yeni həlldir: onun sayəsində NFC dəstəkli istənilən smartfondan bir neçə klik ilə tələblərə cavab verən Visa debit kartında ödənişləri qəbul etmək və pulqabında yer alan yeganə kartı milyardlarla ödəniş hesabı ilə əlaqələndirmək mümkündür.
Yeniliklər arasında mərkəzi yeri Visa Intelligent Commerce (“Ağıllı ticarət”) təşəbbüsü tutur. Süni intellekt əsaslı ilk nəsil ticarət həllərini inkişaf etdirmək üçün bu təşəbbüs dünyanın aparıcı süni intellekt platformalarına Visa-nın ödəmə infrastrukturuna çıxış imkanı verir. Tezliklə istehlakçılar, süni intellekt (Sİ) platformalarından istifadə edərək, Sİ agentlərinə rəqəmsal ödənişləri qəbul edən istənilən satıcıda istənilən ödəniş ssenarisi ilə öz Visa kart məlumatlarından istifadə etməyi tapşıra biləcəklər.
Azərbaycan rəqəmsal transformasiya fokusunda
Sammit çərçivəsində həmçinin Kapital Bankın ödənişlər ofisinin rəhbəri Zakir Xanməmmədovun və Nurlan Hacıyevin Azərbaycanda rəqəmsal bankçılıq mövzusunda müzakirəsi keçirildi. Müsahiblər birgə təşəbbüslər daxilində əldə olunmuş müvəffəqiyyətləri, o cümlədən Visa Tap to Phone texnologiyasının ölkədə 2022-ci ildə ilk dəfə istifadəyə verilməsini və qadın sahibkarların dəstəyinə yönəlmiş She’s Next Empowered by Visa proqramının yeni dalğası çərçivəsində builki tərəfdaşlığı xüsusən qeyd etdilər.
Yekunda Nurlan Hacıyev vurğuladı: “Ölkəmizdə dayanıqlı və innovativ maliyyə ekosistemi yaratmaq amalını paylaşırıq. Builki toplantının başlıca mövzuları maliyyə inklüzivliyinin genişləndirilməsi, əməliyyat davamlılığının artırılması və rəqəmsal iqtisadiyyatın çağırışlarına uyğunlaşma idi – bunların hamısı Visa-nın strategiyası ilə tamamən həmahəngdir. Azərbaycan bizim artıq 28 ildir işlədiyimiz strateji bir bazardır. Biz ölkənin potensialına inanırıq və yerli tərəfdaşlarla birlikdə qabaqcıl həlləri tətbiq etməyə davam edəcəyik”.
###
Visa haqqında
Visa (NYSE: V) rəqəmsal ödəmələrdə dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında maliyyə əməliyyatlarını dəstəkləyir. Şirkətin missiyası innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, hər zaman hamını daxil edən iqtisadiyyatlar bütün dünyada hər zaman hamının güzəranını yaxşılaşdırır və iqtisadi əlçatanlığı pulların gələcək qlobal hərəkətinin əsası kimi görürük. Daha ətraflı məlumat üçün: visa.com.az.

Ən son xəbərləri səhifəmizdən də izləyin