logo
AQTA: Bərdədə qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb

AQTA: Bərdədə qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb

AQTA: Bərdədə qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb AQTA: Bərdədə qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb

Bəzi xəbər saytlarında Bərdədə iki nəfərin qidadan zəhərlənməsi ilə bağlı yayılmış məlumatlar təsdiqini tapmayıb.

Bu barədə innews.media Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

Belə ki, məsələ ilə bağlı aidiyyəti üzrə AQTA tərəfindən araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində Bərdə Rayon Mərkəzi Xəstəxanasında  ilkin diaqnoz kimi, həmin pasiyentlərə dəqiqləşdirilməmiş qida məhsullarında olan digər zəhərli maddələrin toksiki təsiri diaqnozu qoyulsa da, sonradan qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb.

AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media