logo
Azər Ələsgərov Vyanada pul siyasətinin kommunikasiyası barədə təqdimatla çıxış edib

Azər Ələsgərov Vyanada pul siyasətinin kommunikasiyası barədə təqdimatla çıxış edib

Azər Ələsgərov Vyanada pul siyasətinin kommunikasiyası barədə təqdimatla çıxış edib Azər Ələsgərov Vyanada pul siyasətinin kommunikasiyası barədə təqdimatla çıxış edib

Mərkəzi Bankın Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov Avstriyanın Vyana şəhərində Qafqaz, Orta Asiya və Monqolustan mərkəzi bank nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda “Azərbaycanda pul siyasətinin kommunikasiyası” mövzusunda təqdimatla çıxış edib.

O, son illərdə Azərbaycanda pul siyasətinin kommunikasiyası üzrə alətlər çeşidinin və kanalların əhəmiyyətli genişləndirildiyini, müxtəlif hədəf qruplarına təqdim edilən analitik materialların məzmununun gələcəkyönümlü olması istiqamətində davamlı təkmilləşdirildiyini diqqətə çatdırıb.

Direktor yazılı və şifahi kommunikasiyada başlıca #makroiqtisadi göstəricilər üzrə proqnozlara daha geniş yer ayrıldığını, ənənəvi ünsiyyət kanalları ilə yanaşı, sosial media platformalarında da məlumat əlçatanlığının təmin olunması istiqamətində mühüm dəyişikliklərin aparıldığını qeyd edib.

O, sadalanan məqamların etibarın formalaşdırılması, şəffaflığın təmin edilməsi, yüksək hesabatlılıq, həmçinin ictimaiyyətin maariflənməsi baxımından əhəmiyyətli olmaqla pul siyasətinin effektivliyinə müsbət təsir etdiyini vurğulayıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media