logo
BDU-nun Biologiya fakültəsinin böyük laborantı İradə Əliyeva vəfat edib

BDU-nun Biologiya fakültəsinin böyük laborantı İradə Əliyeva vəfat edib

BDU-nun Biologiya fakültəsinin böyük laborantı İradə Əliyeva vəfat edib BDU-nun Biologiya fakültəsinin böyük laborantı İradə Əliyeva vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının böyük laborantı İradə Əliyeva vəfat edib.

İradə Əliyeva 1967-ci ildə anadan olub. 1975-1985-ci illərdə Bakı şəhəri 83 nömrəli məktəbdə, 1985-1991-ci illərdə isə BDU-nun Biologiya fakültəsində təhsil alıb. 2004-2008-ci illərdə BDU-nun Botanika kafedrasının dissertantı olub və “Abşeronun neftlə çirklənmiş torpaqlarının mikobiotası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, biologiya elmləri namizədi elmi dərəcəsini alıb.

1994-cü ildən BDU-nun Biofizika və biokimya kafedrasının böyük laborantı vəzifəsində çalışıb.

İradə Əliyevanın tədqiqat sahəsi mikologiya, neftlə çirklənmiş Abşeron torpaqlarının mikobiotasının tədqiqi olub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media