https://www.innews.media/uploads/news/2025-07/_innews_637ba2c72480b71618678b3f1_o.jpg
innews.media xəbər verir ki, Mərkəzi Bank tərəfindən həyata keçirilən “Maliyyəçisən” təcrübə proqramı çərçivəsində seçim mərhələlərini uğurla keçən 36 tələbə iyulun 1-dən etibarən peşəkar fəaliyyətə ilk addımlarını atıb.
Proqrama 4900-dən çox gənc müraciət edib. Müsabiqənin bütün mərhələlərindən keçən gənclər iki ay ərzində Mərkəzi Bankda təcrübə keçəcək, bu müddət ərzində:
- Mərkəzi Bankın mütəxəssisləri tərəfindən peşəkar bacarıqlar və biliklər təqdim olunacaq,
- iştirakçılar mərkəzi bankçılığın əsasları, maliyyə siyasəti və institusional idarəetmə barədə məlumatlandırılacaqlar,
- şəxsi və peşəkar inkişaf üçün müxtəlif təlimlərə və təşəbbüslərə cəlb olunacaqlar.
Təşkilatçılar hesab edirlər ki, “Maliyyəçisən” proqramı gənclərin karyera yolunda güclü başlanğıc nöqtəsi olacaq və onların təşkilati dəyərlərə və praktik təcrübəyə yiyələnməsinə mühüm töhfə verəcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin