logo
Sənə yetmədi?

Sənə yetmədi?

Sənə yetmədi? Sənə yetmədi?

Çox verdin, az gördün, səssiz dayandın,
Gördüyün nankorluq sənə yetmədi?
Özgəni yaşadıb, özünə qıydın,
Paralanmış qəlbin sənə yetmədi?

Hər kəsə qucaq açıb, özün bildin,
Saf niyyətinlə, saf qəlbinlə sevdin,
Dəyər görməsən belə dəyər verdin,
Dəyərsizlik hissi sənə yetmədi?

Unutma, sevgi tək tərəfli deyil,
Nə qədər sevsən də, qarşılıq amil,
Layiq olan yerdə, ürəkdə sevil,
Sevməyəni sevmək sənə yetmədi?

Qəlbinə dəyənin qəlbinə dəymə,
Sınmış güzgünü daha güzgü bilmə,
Qəlbin qırılanda könlünü silmə,
Bu qədər mərhəmət sənə yetmədi?

Sevgi bir hədiyyə, zorla verilməz,
Qanmayana dünya versən də yetməz,
Dəyər göstərsən belə qədir bilməz,
Özünü incitmək sənə yetmədi?

Yad yerinə qoyan dostu sil getsin,
Dəyərli görməyənə yol ver getsin,
Layiq olmayanı qəlbdən at getsin,
Hər kəsi anlamaq sənə yetmədi?

Nə etsən sevilə bilməyəcəksən,
Qəlbdə olantək sevilməyəcəksən,
Özünü öldür görünməyəcəksən,
Lazımsız çabalar sənə yetmədi?

Aysel Aslanova

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media