logo
Füzuli şəhərində daha bir qrup sakinə özünüməşğulluq proqramı üzrə aktivlər verildi

Füzuli şəhərində daha bir qrup sakinə özünüməşğulluq proqramı üzrə aktivlər verildi

Füzuli şəhərində daha bir qrup sakinə özünüməşğulluq proqramı üzrə aktivlər verildi Füzuli şəhərində daha bir qrup sakinə özünüməşğulluq proqramı üzrə aktivlər verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizdə özünüməşğulluq proqramının icrası işlərini davam etdirir.

Füzuli şəhərinə köçürülmüş sakinlərdən daha bir qrup şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim olunub.

Verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları avtotəmizləmə, kombi və sanitar qovşağın quraşdırılması, poliqrafiya xidmətləri, un məmulatları istehsalı zərfləri üzrə kiçik biznes sahələrini yaradıblar.

Beləliklə, Füzuli şəhərinə köçürülmüş sakinlərdən artıq 53 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media