logo
Xalq şairi Bəxtiyar Vahabzadənin 100 iliyi münasibətilə “Ana Dili” qiraət müsabiqəsinin qalibləri elan olundu

Xalq şairi Bəxtiyar Vahabzadənin 100 iliyi münasibətilə “Ana Dili” qiraət müsabiqəsinin qalibləri elan olundu

Xalq şairi Bəxtiyar Vahabzadənin 100 iliyi münasibətilə “Ana Dili” qiraət müsabiqəsinin qalibləri elan olundu Xalq şairi Bəxtiyar Vahabzadənin 100 iliyi münasibətilə “Ana Dili” qiraət müsabiqəsinin qalibləri elan olundu

Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan İncəsənət Məktəbinin birgə təşəbbüsü, Obraz Coffee houseun dəstəyi ilə, xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə “Ana Dili” adlı qiraət müsabiqəsi çərçivəsində uşaq, yeniyetmə və gənclərlə müsabiqənin bağlanışı keçirilib.

“Ana Dili” qiraət müsabiqəsi adlı bu layihənin əsas məqsədi Azərbaycan dilinin gözəlliyini və zənginliyini gənc nəslə daha dərindən tanıtmaq, onları ədəbi irsimiz və poeziyamızla yaxından tanış etməkdir.

Tədbirdə ədəbiyyatımızın görkəmli nümayəndələri – Xalq yazıçısı Anar Rzayev, “Qobustan” dərgisinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Pərvin Nurəliyeva, Azərbaycanın Əməkdar artisti, aktyor Qasım Nağı, Zirə Qəsəbə Mədəniyyət Mərkəzin direktoru, rejissor Röyal Cəbiyev, Azərbaycan İncəsənət Məktəbinin direktoru Tural Əliyev iştirak edərək, şairin zəngin yaradıcılıq irsinin gənc nəsil üçün böyük əhəmiyyət daşıdığını vurğuladılar.

Xalq yazıçısı Anar Rzayev, Qobustan dərgisinin baş redaktoru Pərvin Nurəliyeva və Azərbaycan İncəsənət Məktəbinin direktoru müsabiqə barədə çıxış etdikdən sonra qalibləri təbrik edərək onlara diplomları təqdim ediblər. Müsabiqə çərçivəsində münsiflər heyətinə xüsusi təşəkkür bildirildi və onlara təşəkkürnamələr təqdim olundu.

Müsabiqənin qalibləri iki yaş kateqoriyası üzrə müəyyənləşdirilib.

Böyük yaş qrupu üzrə qaliblər:

I yer – Ruqiyyə Məmmədova
II yer – Anar Əhmədov
III yer – Rəşid Niftəli

Kiçik yaş qrupu üzrə qaliblər:

I yer – Yusif Allahverdiyev
II yer – Banu Niftəli
III yer – Nilufər Əlisoylu

Qeyd edək ki, qaliblərə kubok, medal, Qobustan dərgisi tərəfindən nəşrlər və Xalq yazıçısı Anar Rzayevin imzalı kitabları təqdim edilib. Bütün iştirakçılar isə iştirakçı sertifikatı ilə təltif olunublar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media