logo
Bank of Baku Təhsilə Dəstəkdir: Müəllimlər Gününə özəl layihə! - VİDEO

Bank of Baku Təhsilə Dəstəkdir: Müəllimlər Gününə özəl layihə! - VİDEO

Bank of Baku Təhsilə Dəstəkdir: Müəllimlər Gününə özəl layihə! - VİDEO Bank of Baku Təhsilə Dəstəkdir: Müəllimlər Gününə özəl layihə! - VİDEO

Bank of Baku ömrünü elmə, şagirdlərinə həsr edən, günəş kimi şəfəqləri ilə yüzlərlə qəlbi isidən, onların yoluna işıq tutan müəllimlərimizə özəl olaraq Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində növbəti bir layihəyə imza atdı.

05 oktyabr – Müəllimlər Günü münasibətilə keçirilən layihədə, bankın əməkdaşları Bakı və digər rayonlardan gözəlliyi ilə könülləri oxşayan İsmayıllı rayonun ucqar dağ kəndlərinə təyin olunan və orada çalışan, yaşayan müəllimlərin görüşünə tələsdi.

Layihə çərçivəsində İsmayıllı rayonun 5 kəndində - İstisu, Topçu, Gəndov, Tircan və Zərnava kəndlərində fəaliyyət göstərən orta təhsil müəssisələrinə innovativ təhsilə dəstək olmaq məqsədilə Bank of Baku tərəfindən proyektorlar (tam dəst), 100-dən çox aztəminatlı ailələrin övladlarına isə məktəbli ləvazimatları hədiyyə olundu.

Qeyd edək ki, layihədə iştirak edən məktəblər Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi” çərçivəsində uğur qazanmış məktəblərdir.

“Bank of Baku təhsilə dəstəkdir” şüarı altında keçirilən layihənin əsas məqsədi ucqar dağ kəndlərinə çalışan müəllimlərin innovativ fəaliyyətinin təkmilləşdirilməsinə və şagirdlərin təhsillərinə dəstək olmaqdır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media