logo
27 sentyabr - anım günü Kukla Teatrında qeyd olunacaq

27 sentyabr - anım günü Kukla Teatrında qeyd olunacaq

27 sentyabr - anım günü Kukla Teatrında qeyd olunacaq 27 sentyabr - anım günü Kukla Teatrında qeyd olunacaq

27 sentyabr Azərbaycan Respublikasında Anım Günüdür.

"innews media" xəbər verir ki, Vətən müharibəsi şəhidlərinə ehtiram əlaməti olan bu xüsusi təqvimi Azərbaycan Dövlət Kukla Teatrı da daim qeyd edir.

Builki proqram Azərbaycan xalqının böyük oğlu, İki Dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı Həzi Aslanova ithafdır.

Məlumat üçün deyək ki, Azərbaycan Dövlət Kukla Teatrı İkinci Dünya Müharibəsində qələbənin 80, əfsanəvi döyüşçü, Azərbaycan xalqının qəhrəman oğlu, general-mayor Həzi Aslanovun 115 illiyinə ehtiram olaraq “İnnab ağacı” adlı tamaşa hazırlayıb.

Teatr 94-cü mövsümünü məhz bu xüsusi təqvimdə açacaq və 27 sentyabr saat 14.00 və 16.00-da tamaşanın premyerası keçiriləcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media