logo
Azərbaycan əsgərinin qəhrəmanlığını və ülviyyətini tərənnüm edən şeir - VİDEO

Azərbaycan əsgərinin qəhrəmanlığını və ülviyyətini tərənnüm edən şeir - VİDEO

Azərbaycan əsgərinin qəhrəmanlığını və ülviyyətini tərənnüm edən şeir - VİDEO Azərbaycan əsgərinin qəhrəmanlığını və ülviyyətini tərənnüm edən şeir - VİDEO

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, Azərbaycan İdman Akademiyasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Müjkan Məmmədzadə kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsi çərçivəsində Zəfər Günü ilə əlaqədar tələbələri ilə birgə 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərə, şəhidlərin müqəddəs xatirəsinə və Azərbaycan əsgərinin yenilməz ruhuna həsr olunmuş “Anaya məktub” adlı mənsur şeirini səsləndirmişdir.

“Anaya məktub” layihəsi gənclərin milli ruhda tərbiyəsinə, onlarda vətənpərvərlik hisslərinin möhkəmləndirilməsinə və Zəfər Gününün mənəvi dəyərinin daha dərindən duyulmasına xidmət edir.

Mənsur şeirin sözləri, seçilən musiqi və vizual həllər bir-birini tamamlayaraq tamaşaçıda həm qürur, həm də kövrəklik hissi oyadır. Məlumat Ali Baş Komandan İlham Əliyevin sözləri ilə yekunlaşır.

Layihənin ideya müəllifi Müjkan Məmmədzadə, mətni hazırlayan Ləman Məmmədova, montaj və texniki tərtibat isə Hülya Hüseynliyə məxsusdur.

Oxucu və izləyicilər mənsur şeiri aşağıdakı videoda izləyə bilərlər:

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media