logo
Meyxananın “Çempionlar liqası” başlayır

Meyxananın “Çempionlar liqası” başlayır

Meyxananın “Çempionlar liqası” başlayır Meyxananın “Çempionlar liqası” başlayır

ATV telekanalının ən iri və ən iddialı layihələrindən biri olan “Kəlmə-kəlməyə” meyxana şousu efir həyatına start verir.

Noyabrın 22-də yayımlanmağa başlayacaq veriliş artıq böyük maraqla qarşılanıb. Aparıcılığını şoumen Elcan Rəsulovun edəcəyi layihənin şərhçiləri “De gəlsin” layihəsinin ilk aparıcısı Emin Əfəndi, meyxana ustadı Mehman Əhmədlidir.

Layihədə 16 tanınmış meyxana ustadı hər biri müxtəlif mərhələlərdə söz duellərinə çıxaraq öz məharətini nümayiş etdirəcək.

Qeyd  edək ki, layihə hər şənbə günü saat 22:00-da ATV-də canlı yayımlanacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media