logo
PAŞA Sığorta şirkəti süd vəzi xərçənginə qarşı qadınlarımızın maarifləndirilməsi məqsədi ilə "GüclüSən" adlı layihəyə start verir!

PAŞA Sığorta şirkəti süd vəzi xərçənginə qarşı qadınlarımızın maarifləndirilməsi məqsədi ilə "GüclüSən" adlı layihəyə start verir!

PAŞA Sığorta şirkəti süd vəzi xərçənginə qarşı qadınlarımızın maarifləndirilməsi məqsədi ilə "GüclüSən" adlı layihəyə start verir! PAŞA Sığorta şirkəti süd vəzi xərçənginə qarşı qadınlarımızın maarifləndirilməsi məqsədi ilə "GüclüSən" adlı layihəyə start verir!

Bu gün hər 8 qadından 1-i süd vəzi xərçənginə tutulma riski altındadır və süd vəzi xərçənginin qadınlar arasında 30% nisbətində ən çox görülən xərçəng növü olduğu bilinir.

Xərçəngin diaqnostikası və müalicəsində görüntüləmə texnologiyalarında yeni inkişaflar çox mühüm rol oynayır. I mərhələdə süd vəzi xərçənginin erkən diaqnozu 100 % sağqalma nisbəti ilə nəticələnirsə, IV mərhələdə isə bu nisbət təxminən yüzdə 22%-ə düşür. Hər il mütəmadi olaraq aparılan mamoqrafiya müayinələri süd vəzi xərçənginin erkən aşkarlanmasına kömək edir və beləliklə də bu xəstəlikdən ölüm riskini 25% - 30 % azaldır.

Son illər bütün dünyada olduğu kimi, ölkəmizdə də süd vəzi xərçənginə tutulma halları artmaqdadır. Qadınlarda həyat itkisinə səbəb olan xərçəngin ilk növü olan süd vəzi xərçənginin qarşısının alınmasında erkən diaqnozun çox əhəmiyyətli yeri vardır. Süd vəzi xərçənginin erkən mərhələdə diaqnozu uğurlu müalicə və sağqalma şansını artıra bilir. Erkən diaqnostikada ən mühüm amil insanların maarifləndirilməsidir.

Bu məqsədlə ictimaiyyətin diqqətini süd vəzi xərçəngi xəstəliyi ilə mübarizəyə cəlb etmək, qadınlara vaxtında müayinələrdən keçməyə çağırış etmək üçün PAŞA Sığorta “GüclüSən” adlı korporativ sosial məsulliyyət layihəsinə start verir. PAŞA Sığorta qadınlarımızın erkən yaşlarından maarifləndirmə işlərinə önəmsəyərək profilaktik sağlamlıq maarifləndirilməsi və süd vəzilərinin sağlamlığına qayğı göstərilməsi zərurətindən başlayaraq fəaliyyətini artırmağı hədəfləyir.

Bizi sosial mediada izləyin:

Facebook qrupa qoşul: GüclüSən | Facebook

Instagram: GüclüSən (@guclusen.az) • Instagram photos and videos

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media