https://www.innews.media/uploads/news/2026-03/_innews_b7535061089b946b60236b8e3_o.jpg
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin tərkibində fəaliyyət göstərən “ADPU TV” könüllü komandası tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə maraqlı aksiya keçirilib.
Komandanın üzvləri ADPU-nun Bakı şəhərində yerləşən beş tədris binasının hər birində eyni anda xanım tələbə və əməkdaşlara xüsusi hazırlanmış açıqcalar təqdim edib, onlara bayram münasibətilə təbrik və arzularını çatdırıblar.
Ən son xəbərləri səhifəmizdən də izləyin