logo
Elmin Əliyev Avropa çempionatının finalında

Elmin Əliyev Avropa çempionatının finalında

Elmin Əliyev Avropa çempionatının finalında Elmin Əliyev Avropa çempionatının finalında

Serbiyanın Zrenyanin şəhərində keçirilən U23 Avropa çempionatı sona yaxınlaşır.

Yarışın altıncı günündə yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq-da finalçılar müəyyənləşib.

Ayxan Cavadov (60 kq) bolqarıstanlı Borislav Kirilova 8:1 hesabıyla və albaniyalı Andi Mukaya “tuş”la qalib gələrək yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında gürcüstanlı Giorgi Koçalidzeyə minimal fərqlə (2:3) məğlub olan Cavadov sabah bürünc medal uğrunda güləşəcək. Rəqib ukraynalı Yevgeni Pokovba olacaq.

Fərid Xəlilov (67 kq) almaniyalı Yanıs Haynzelbekerə tam üstünlüklə (8:0) qalib gəldikdən sonra gürcüstanlı Anri Xozrevanidzeyə şans tanımayıb – 11:6. Xəlilov yarımfinalda rusiyalı Daniyal Ağayevlə bacarmayıb – 0:8. Fərid sabah üçüncü yer uğrunda ya Belarus, ya Macarıstan, ya da Ermənistan güləşçisiylə mübarizə aparacaq.

Fəraim Mustafayev (72 kq) bolqarıstanlı Dimitar Georgiyevi vaxtından əvvəl (8:0) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Rabil Askerova uduzub – 0:8. Mustafayev təsəlliverici görüşdə Dimitro Vasilyev (Ukrayna) – Artur Jeremeyev (Estoniya) qarşılaşmasının qalibiylə güləşəcək.

Elmin Əliyev (82 kq) macarıstanlı Sabolç Sinaya 5:3 hesabıyla qalib gəldikdən sonra ispaniyalı Xose Sobanı vaxtından əvvəl xalçadan məyus yola salıb – 8:0. Əliyev isveçli Aleksandr Yohanssonu isə sonuncu xal prinsipinə əsasən (3:3) üstələyərək yarımfinala yüksəlib. Elmin final yolunda belaruslu İliya Valevskidən güclü olub – 8:2. Əliyev həlledici görüşdə gürcüstanlı Tornike Mikeladzeylə güləşəcək.

Əli Quliyev (97 kq) 1/8 finalda xorvatiyalı Tomislav Brkana 2:5 hesabıyla məğlub olub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media