logo
Gəncə şəhərində WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib

Gəncə şəhərində WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib

Gəncə şəhərində WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib Gəncə şəhərində WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə mayın 8-də Gəncə Dövlət Universitetində müəllim və tələbələrin iştirakı ilə WUF13-ə həsr edilmiş məlumatlandırma sessiyası keçirilib.

Tədbirdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramiz İdrisoğlu və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov çıxış edərək WUF13 barədə ətraflı məlumat veriblər.

Gülsüm Fətəliyeva çıxışında Gəncə şəhərinin qədim tarixi, mədəniyyəti və inkişaf mərhələləri haqda sessiyanın iştirakçılarını məlumatlandırıb.

Ramiz İdrisoğlu çıxışında bildirib ki, “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunacaq WUF13 tədbirinin Azərbaycanda keçirilməsi təsadüfi deyil. O qeyd edib ki, Azərbaycan BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraiyyə Şurasına üzv seçilib və “Hər kəs üçün münasib mənzil” üzrə Açıq Hökumətlərarası İşçi Qrupuna həmsədrlik etməklə qlobal şəhərsalma gündəliyinin formalaşmasına birbaşa töhfə verir. Bununla yanaşı, Azərbaycanın insan mərkəzli ağıllı şəhərlər üzrə beynəlxalq təlimatların hazırlanmasına dair Ekspert İşçi Qrupunda da fəal iştirak etdiyi diqqətə çatdırılıb.

Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edən Ramiz İdrisoğlu, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərini də xüsusi vurğulayıb.

Eldar Rəsulov universitetin müəllim və tələbələrini WUF13 tədbirinə dəvət edərək bildirib ki, Forumun proqramı artıq açıqlanıb. O qeyd edib ki, iştirakçılar tədbirə həm əyani, həm də onlayn formada qoşula bilərlər. Forum çərçivəsində keçiriləcək tədbirlərlə tanış olmaq üçün www.wuf13.az saytına daxil olmaq mümkündür.

WUF13 Festivalı axşam saat 18:00-da açıq havada keçiriləcək ictimai proqramla davam edəcək.

Proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin