https://www.innews.media/uploads/news/2026-06/_innews_4026c09290be75b31c7edaaf0_o.jpg
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkilatçılığı ilə bədii-musiqili proqram təqdim olundu.
Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda (Bakı şəhəri, Xaqani küçəsi, 55, III mərtəbə) baş tutan konsert 1 iyun 2026-cı il tarixində, saat 15:00-da start götürdü.
Tədbirin açılışında ön sözlə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağızadə çıxış edərək uşaqları əlamətdar gün münasibətilə təbrik etdilər və festivalın əhəmiyyətini vurğuladılar. Konsertin aparıcısı Azərbaycan Bəstəkarlar İttifaqının baş məsləhətçisi Sevda Hüseynova idi.
Rəngarəng və Zəngin Proqram
Konsert proqramında Azərbaycanın klassik və müasir bəstəkarlarının uşaqlar üçün yazılmış, eləcə də gənc nəslin qəlbində xüsusi yer tutan ölməz əsərləri səsləndirildi. Tamaşaçılara təqdim olunan zəngin proqramda aşağıdakı ifalar yer aldı:
Rəna Qədimova – “Yüksəl, ey Azərbaycan” (söz: Anar Məmmədov).
İfa edir: Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Xor Kapellası (Bədii rəhbər: Leyla Muradzadə Konsertmeyster: Elmira Hümbətova);
Qara Qarayev – “Şən hadisə”
İfa edir: Ramila Məmmədsoy (piano);
Qənbər Hüseynli – “Cücələrim” (söz: Tofiq Mütəllibov).
İfa edir: Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru (Bədii rəhbər: Leyla Muradzadə Konsertmeyster: Elmira Hümbətova);
Sərdar Fərəcov – “12 uşaq mahnısı” məcmuəsindən: “Buratino”, “Dələ” (söz: müəllif).
İfa edir: “Şəms” Uşaq Xoru;
Arif Məlikov – “Məhəbbət əfsanəsi” baletindən “Türk qızlarının rəqsi”.
İfa edir: Aleksey Dzyuba (violin),
Konsertmeyster: Ülkər Həsənova
Ceyhun Allahverdiyev –"Sevəcəm".
İfa edir: Məmmədova Zümrüd (piano);
Sərdar Fərəcov – “Küpəgirənlər”, “Aşpazlar”.
İfa edir: “Şəms” uşaq xorunun solistləri
Qara Qarayev – Prelud № 1.
İfa edir: Veysəlzadə Dəniz (piano);
Tofiq Quliyev – “Azərbaycana gəlsin” (söz: Süleyman Rüstəm).
İfa edir: Hacızadə Dəniz (vokal),
Konsertmeyster: Təranə Məmmədova.
Konsert kiçikyaşlı iştirakçıların yaradıcılıq potensialını nümayiş etdirmək və uşaqlara bayram sevinci bəxş etmək məqsədi daşıdı.
Ən son xəbərləri səhifəmizdən də izləyin