logo
Bakıda metrodan istifadədə yeni rekord: May ayında 19 milyondan çox səfər qeydə alınıb

Bakıda metrodan istifadədə yeni rekord: May ayında 19 milyondan çox səfər qeydə alınıb

Bakıda metrodan istifadədə yeni rekord: May ayında 19 milyondan çox səfər qeydə alınıb Bakıda metrodan istifadədə yeni rekord: May ayında 19 milyondan çox səfər qeydə alınıb

May ayında sərnişinlər Bakı metrosundan 19 milyondan çox dəfə istifadə ediblər. Bu barədə metro statistikasında qeyd olunub.

Məlumata görə, ay ərzində ən çox sərnişin qəbul edən stansiya 1 milyon 673 min 358 nəfərlə “Koroğlu” stansiyası olub.

Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar 27–31 may tarixlərini əhatə edən qeyri-iş günlərində isə metrodan ümumilikdə 2 milyon 134 min 80 dəfə istifadə olunub.

Rəqəmsal ödənişlər üzrə göstəricilər də artmaqda davam edib. Belə ki, NFC və QR bilet vasitəsilə ay ərzində 9 milyon 222 min 99 ödəniş həyata keçirilib. Bu, metrodan ödənişli istifadə edən sərnişinlərin 49,7 faizini təşkil edib.

Əlçatanlığın artırılması istiqamətində göstərilən xidmətlər də davam etdirilib. May ayında “Əlçatan metro” xidməti çərçivəsində 149 sifariş yerinə yetirilib.

Qeyd edək ki, son illər Bakı metrosunda rəqəmsal ödənişlərin payının artması və sərnişin axınının yüksəlməsi paytaxtın əsas ictimai nəqliyyat vasitələrindən biri kimi metronun əhəmiyyətini daha da artırır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media