https://www.innews.media/uploads/news/2026-06/_innews_848b9e811c815a25acc673ce6_o.jpg
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında insan resurslarının inkişafı sahəsində əməkdaşlıq çərçivəsində Çində təşkil edilən 2–3 həftəlik beynəlxalq seminarlarda Azərbaycan Respublikasının Mediasiya Şurasının da təmsilçiliyi nəzərdə tutulub.
"innews media" Mediasiya Şurasına istinadən bildirir ki, təlimlərin növbəti mərhələsində Mediasiya Şurasının üzvləri - Şuranın İdarə Heyəti sədrinin müşaviri Əli Fərzəliyev, Region Mediatorları Ağsaqqallar Şurasının sədri, Sabirabad 1 saylı Mediasiya Təşkilatının direktoru Musa Ramazanov, Bakı 20 saylı Mediasiya Təşkilatının direktoru Nicat İsmayılov, Bakı 24 Saylı Mediasiya Təşkilatının direktoru Ülkər Zülfüqarova və Salyan 1 saylı Mediasiya Təşkilatının mediatoru Aybəniz Səmədova Pekin şəhərində keçirilən təlimlərdə iştirak edir.
Seminarların ikinci mərhələsində Mediasiya Şurasının 5 nümayəndəsi Pekin şəhərində təlimlərə qatılacaq. Bu seminarların keçirilməsində əsas məqsəd ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığı və qarşılıqlı fəaliyyəti daha da gücləndirməkdir.
Qeyd olunan seminarlarda Mediasiya Şurası nümayəndələrinin, o cümlədən mediatorların iştirakı müvafiq mövzular üzrə müxtəlif formalı mübahisələrin mediasiya vasitəsilə həllində mediatorlar barədə dolğun təsəvvür formalaşdıracaq.
Belə ki, nümayəndələrimizin bu seminarlarda iştirakı onların sahəvi biliklərini inkişaf etdirəcək, beynəlxalq səviyyədə təcrübə qazanmasına və gələcək praktikaların formalaşmasına mühüm töhfə verəcəkdir.
Ən son xəbərləri səhifəmizdən də izləyin