logo
Qazaxıstan Səfiri AZPROMO-da olub

Qazaxıstan Səfiri AZPROMO-da olub

Qazaxıstan Səfiri AZPROMO-da olub Qazaxıstan Səfiri AZPROMO-da olub

Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Yusif Abdullayev ilə görüş keçirib.

Görüş zamanı Y.Abdullayev AZPROMO-nun fəaliyyəti, sahibkarlara göstərilən dəstək tədbirləri, ixracın təşviqi və logistikanın subsidiyalaşdırılması mexanizmləri haqqında məlumat verib. Agentliyin rəhbəri qazax diplomatlara Azərbaycanda investisiya imkanları haqqında da məlumat verib.

Öz növbəsində, Qazaxıstan Səfiri ali dövlət səviyyəsində etimada söykənən dialoqla dəstəklənən iki ölkə arasında siyasi və iqtisadi münasibətlərin dinamikliyini qeyd edib. Alim Bayel xarici investisiyaların cəlb edilməsi sahəsində Qazaxıstanın təcrübəsi və uğurları haqqında söz açıb.

Tərəflər Qazaxıstanla Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsinin artımını qeyd ediblər və iki ölkə arasında investisiya və ticarət-iqtisadi tərəfdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media