https://www.innews.media/uploads/news/2026-05/_innews_917772a23805f983387d59027_o.jpg
29 aprel 2026-cı il tarixində “Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi (QİM) ilə “Azərbaycan Ultra və Treyl Qaçışçıları” İctimai Birliyi (UTR) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənəd qadınların fiziki aktivliyinin artırılması, sağlam həyat tərzinin təşviqi və şəxsi inkişaf imkanlarının genişləndirilməsi istiqamətində iki qurum arasında uzunmüddətli əməkdaşlığın əsasını qoyur.
Memoranduma əsasən tərəflər təlim proqramları, seminarlar, vebinarlar və konfransların təşkili, qaçış və sağlam həyat tərzi sahəsində bilik və bacarıqların artırılması üçün mütəxəssis mübadiləsi, birgə proqram iştirakçıları üçün xüsusi güzəşt və endirimlərin tətbiqi, sosial layihələrdə ortaq iştirak, eləcə də müxtəlif təşəbbüslərdə tərəfdaşlıq istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Əməkdaşlıq çərçivəsində fəaliyyətlərin daha səmərəli təşkili məqsədilə birgə işçi qrupunun yaradılması, layihələrin koordinasiyası və görülən işlərin mütəmadi qiymətləndirilməsi üçün görüşlərin keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, bu əməkdaşlıq qadınların cəmiyyətdə daha fəal rol almasına, sağlam həyat tərzinin təbliğinə və idmanda inklüzivliyin gücləndirilməsinə mühüm töhfə verməyi hədəfləyir.
QİM-in 10 illik yubileyi fonunda imzalanan bu memorandum təşkilatın gələcək fəaliyyətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.