logo
Nikola Tsolov Mayamidə sprint yarışının qalibi olub

Nikola Tsolov Mayamidə sprint yarışının qalibi olub

Nikola Tsolov Mayamidə sprint yarışının qalibi olub Nikola Tsolov Mayamidə sprint yarışının qalibi olub

FIA Formula 2 çempionatının Mayami mərhələsində keçirilən sprint yarışında Nikola Tsolov qələbə qazanıb.

“innews media” xəbər verir ki, Campos Racing pilotu olan Tsolov poul mövqeyindən start götürərək yarışın böyük hissəsində liderliyini qoruyub. O, əsas rəqibi Laurens van Hoepenin təzyiqlərinə baxmayaraq, son dövrədə üstünlüyünü bərpa edərək finişi birinci keçib.

Həlledici məqam son döngələrdə yaşanıb. Van Hoepen 11-ci döngədə liderliyi ələ keçirsə də, DRS zonasında Tsolov yenidən irəli çıxmağı bacarıb. Onların mübarizəsi Alex Dunne üçün də imkan yaradıb və o, son döngədə liderlərə yaxınlaşsa da, yekunda üçüncü olub.

Beləliklə, Van Hoepen ikinci yeri tutaraq TRIDENT komandası ilə ardıcıl ikinci podiumunu əldə edib.

Yarışda digər nəticələrə gəlincə, Niko Varron, Coşua Duerksen və Martinius Stenshorne ilk altılıqda qərarlaşıblar. Qabriele Minì yeddinci olub.

Qeyd edək ki, əsas yarışda poul mövqeyindən Kuş Maini start götürəcək. Mayami mərhələsinin “Feature Race” yarışı yerli vaxtla saat 12:30-da başlayacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin