logo
Kimi Antonelli Mayami Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

Kimi Antonelli Mayami Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

Kimi Antonelli Mayami Qran-prisinin təsnifat mərhələsinin qalibi olub Kimi Antonelli Mayami Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

Mercedes komandasının italiyalı pilotu Kimi Antonelli “Formula 1” üzrə dünya çempionatının dördüncü mərhələsi olan Mayami Qran-prisinin təsnifat mərhələsində qələbə qazanıb.

“innews media” xəbər verir ki, yürüş Mayami Beynəlxalq Avtodromunda keçirilib.

Start düzümündə ikinci yeri Red Bull Racingin pilotu Maks Ferstappen tutub. İlk üçlüyü isə Ferrarinin monakolu sürücüsü Şarl Lekler tamamlayıb.

Bundan əvvəl keçirilən sprint yarışının qalibi McLarenin britaniyalı pilotu Lando Norris olub.

Qeyd edək ki, sprint yarışından əvvəl Audi komandasının pilotu Niko Hülkenberqin bolidində alışma baş verib və o, yürüşü buraxıb. Təsnifat mərhələsi zamanı isə oxşar problem onun komanda yoldaşı Qabriel Bortoletonun maşınında da qeydə alınıb.

Əsas yarış mayın 4-nə planlaşdırılıb və start Bakı vaxtı ilə saat 00:00-da veriləcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin