logo
“Azərbaycan İnciləri” - Məfrəş Mədəniyyət və Yaradıcılıq Festivalı 2 uğurla baş tutdu

“Azərbaycan İnciləri” - Məfrəş Mədəniyyət və Yaradıcılıq Festivalı 2 uğurla baş tutdu

“Azərbaycan İnciləri” - Məfrəş Mədəniyyət və Yaradıcılıq Festivalı 2 uğurla baş tutdu “Azərbaycan İnciləri” - Məfrəş Mədəniyyət və Yaradıcılıq Festivalı 2 uğurla baş tutdu

29 aprel 2026-cı il tarixində Villa Petrolea – Nobel Qardaşlarının Ev Muzeyində keçirilən bu xüsusi tədbir Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin 10 illik yubileyinə həsr olunub.

Tədbiri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova rəsmi açılış edərək, təşkilatın 10 illik yubileyi münasibətilə təşkilatın sədri Aygün Əhmədovanı Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin Fəxri Diplomu ilə təltif edib.

Tədbirdə millət vəkilləri Nigar Məmmədova, Vüqar Rəhimzadə, Ceyhun Məmmədov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Əməkdar jurnalist Gülşən Behbud, beynəlxalq dərəcəli rəssam Mehriban Alışova və digər dövlət və ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri çıxış edərək təşkilatın gələcək fəaliyyətinə uğurlar arzulayıblar.

Eyni zamanda, Tarek M. Aboul Fotouh tədbirdə fəxri qonaq qismində iştirak edib.

Bu unudulmaz gün rəsmi və bədii proqram, yaradıcılıq sərgisi, milli sənətkarlıq nümunələri, birliyin 10 illik fəaliyyətinin təqdimatı, “Məfrəş” təltifi, VIP ziyafət və axşam yeməyi ilə yadda qaldı.

Xüsusi diqqət çəkən hissələrdən biri milli ornamentlərlə zənginləşdirilmiş dəfilə proqramı oldu. Yerli Azərbaycan brendlərinin milli irsi əks etdirən geyim və aksesuar kolleksiyaları böyük maraqla qarşılandı.

Dəfilədə şəhid xanımının fəxri iştirakı tədbirə xüsusi qürur və yüksək mənəvi dəyər qatdı.

Tədbir çərçivəsində bir sıra şirkətlərlə yeni əməkdaşlıqlar quruldu, tərəfdaşlıq əlaqələri genişləndirildi və layihə müxtəlif qurumların sponsorluğu ilə daha da zənginləşdirildi.

Tədbir qadınların gücünü, yaradıcılığını və həmrəyliyini bir daha nümayiş etdirdi.

“Qadınlardan, qadınlara...”

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin