logo
Gimnastika üzrə Avropa Kuboku: üçüncü günün nəticələri və 1/8 final cütlükləri açıqlandı

Gimnastika üzrə Avropa Kuboku: üçüncü günün nəticələri və 1/8 final cütlükləri açıqlandı

Gimnastika üzrə Avropa Kuboku: üçüncü günün nəticələri və 1/8 final cütlükləri açıqlandı Gimnastika üzrə Avropa Kuboku: üçüncü günün nəticələri və 1/8 final cütlükləri açıqlandı

Artıq Avropa Kubokunun üçüncü günü də geridə qaldı. Bu yarış günündə böyüklər yaş kateqoriyasında çıxış edən gimnastlar gürzlər və lent proqramlarında öz məharətlərini nümayiş etdiriblər.

Nəticələrə əsasən, lent proqramında Mariia Borisova (AIN 2) birinci yerə layiq görülüb. İkinci yeri Taisiia Onofriiçuk (Ukrayna), üçüncü yeri isə Tara Draqas (İtaliya) tutub.

Gürzlər proqramında isə qızıl medal Daniela Munitsə (İsrail) qismət olub. Darya Vareniç (AIN 1) ikinci, Sofiya Rafaelli (İtaliya) isə üçüncü yeri əldə edib.

Qrup hərəkətlərində komandalar 5 top, həmçinin 3 halqa və 2 cüt gürz ilə proqramlarını təqdim ediblər. 5 top proqramında İsrail komandası birinci, AIN 1 ikinci, İtaliya isə üçüncü pillədə qərarlaşıb. 3 halqa və 2 cüt gürz proqramında isə AIN 2 komandası birinci olub, AIN 1 ikinci, Ukrayna komandası isə üçüncü yeri tutub.

Çoxnövçülük üzrə böyüklər arasında keçirilən təsnifat mərhələsinin yekunlarına əsasən, çarpaz qarşılaşmalarda mübarizə aparacaq 16 fərdi gimnast müəyyənləşib. 1/8 final mərhələsində bu gimnastların 8-i top, digər 8-i isə halqa proqramında çıxış edəcək. Qaliblər növbəti mərhələ – 1/4 finala vəsiqə qazanacaqlar.

İndi isə “ulduz onaltılığı” – qarşılaşacaq gimnast cütlükləri ilə təqdim edirik:

Vera Tuqolukova – Polina Karika

Darya Vareniç – Hanna Kamenşiçkava

Alona Tal Franco – Andreea Verdes

Taisiia Onofriiçuk – Emmi Piroinen

Arina Kovşova – Fanni Piqnitski

Sofiya Rafaelli – Amalia Lica

Mariia Borisova – Daniela Munits

Tara Draqas – Hatice Gökçe Emir

Qrup hərəkətləri proqramında isə çarpaz qarşılaşmalarda aşağıdakı komandalar üz-üzə gələcək: 

AIN 2 – İtaliya

Ukrayna – İsrail

AIN 1 – Bolqarıstan 

Bu siyahıdan da göründüyü kimi, qarşıdakı çarpaz qarşılaşmalar kifayət qədər maraqlı və gərgin keçəcək.

Hər birinizi Milli Gimnastika Arenasına dəvət edirik – gəlin, bu həyəcanı birlikdə yaşayaq!

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin