logo
Azərbaycan, Qazaxıstan və Özbəkistan enerjisistem rəhbərliyi müzakirələr edib

Azərbaycan, Qazaxıstan və Özbəkistan enerjisistem rəhbərliyi müzakirələr edib

Azərbaycan, Qazaxıstan və Özbəkistan enerjisistem rəhbərliyi müzakirələr edib Azərbaycan, Qazaxıstan və Özbəkistan enerjisistem rəhbərliyi müzakirələr edib

“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev, “Qazaxıstan Elektrik Şəbəkəsini İdarəetmə Şirkəti” SC-nin İdarə Heyətinin sədri Nəbi Aytjanov və Özbəkistan Milli Enerji Şəbəkəsinin İdarə Heyəti sədrinin müavini Feruz Kurbanovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş keçirilib.

Görüşdə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda yeni texnologiyaların tətbiqi, bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası ətrafında müzakirələr aparılan görüşdə,  Azərbaycanda yeni işə salınan 250 gücündə / 500 MVt saat tutumu olan Batareya Enerji Saxlanc Mərkəzləri ilə bağlı təcrübə mübadiləsi edilib.

Görüşdə əməkdaşlığın gələcək inkişafının intensivləşdirilməsi və qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media