logo
2024/2025-ci tədris ilində BDU-nun SABAH qruplarında 6 ixtisas və 8 ixtisaslaşmada tədris aparılacaq

2024/2025-ci tədris ilində BDU-nun SABAH qruplarında 6 ixtisas və 8 ixtisaslaşmada tədris aparılacaq

2024/2025-ci tədris ilində BDU-nun SABAH qruplarında 6 ixtisas və 8 ixtisaslaşmada tədris aparılacaq 2024/2025-ci tədris ilində BDU-nun SABAH qruplarında 6 ixtisas və 8 ixtisaslaşmada tədris aparılacaq

2024/2025-ci tədris ili üçün BDU-nun SABAH qruplarında bakalavriat səviyyəsi üzrə 6 ixtisas, magistratura səviyyəsi üzrə isə 8 ixtisaslaşmada tədris aparılması nəzərdə tutulur. Bakalavriat səviyyəsində Biologiya müəllimliyi, Kimya müəllimliyi, Fizika müəllimliyi, Biotexnologiya, Psixologiya  və Kompüter elmləri ixtisasları üzrə qruplar təşkil olunacaq. Magistratura səviyyəsi üzrə isə Ehtimal nəzəriyyəsi və riyazi statistika, Əməliyyatlar tədqiqi və sistemli təhlil, Optimallaşdırma və optimal idarəetmə, Nanohissəciklər fizikası, Kompüter elmləri və texnologiyaları, Jurnalistika, Kimyəvi kinetika və kataliz və Molekulyar biologiya ixtisaslaşmalarında tədris aparılacaq.

2023/2024-cü tədris ilində BDU-nun SABAH qruplarında 1085 tələbə təhsil alır. Ali məktəblərin SABAH qrupları arasında ən çox tələbə sayı BDU-dadır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media